"Neftçi"nin məşqçisindən qələbə şərhi

"Neftçi"nin məşqçisindən qələbə şərhi
Futbol
08 Dekabr 2019 - 19:45
Azərbaycan Premyer Liqasının XIV turunda "Sabah" üzərində 2:0 hesablı qələbə qazanan "Neftçi"nin məşqçisi Füzuli Məmmədov mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib.

Supersport.Az xəbər verir ki, o, qələbəyə baxmayaraq çətin qələbə qazandıqlarını etiraf edib:

"Çətin oyun olduğunu hamı gördü. Futbolçulara təşəkkür edirəm, tapşırıqlarımıza əməl etdilər, mübarizə apardılar. Vacib qələbə qazandıq. Bütün azarkeşlərimizi təbrik edirəm. Baş məşqçimiz də yanımızda idi, dəstəyini, tapşırıqlarını verirdi. Biz də onun tapşırıqlarına əməl etməyə çalışırdıq".

Qeyd edək ki, baş məşqçi Roberto Bordin cəzalı olduğu üçün komandanı "Sabah"la qarşılaşmaya köməkçi-məşqçi Fizuli Məmmədov çıxarıb.

Süleyman Kərimov

Digər xəbərlər