Messidən növbəti rekord

Messidən növbəti rekord
Futbol
08 Dekabr 2019 - 11:32
Dünən La Liqanın 15-ci turunda “Barselona”nın “Malyarko”ya qalib gəldiyi matçda (5:2) Lionel Messi üç qol vurub.

Supersport.Az xəbər verir ki, bu, 35 yaşlı argentinalı hücumçunun İspaniya liqasında ümumən 35-ci het-triki olub. Bununla da Messi Kriştiano Ronaldonun rekordunu qıra bilib.

Ötən yay “Real”ı tərk edərək İtaliya A seriya təmsilçisi “Yuventus”a keçən portuqaliyalı futbolçu La Liqada 34 dəfə het-trik edib.

Digər xəbərlər