Tərlan Əhmədov: "Mübarizədən qaçası deyilik" - Video

Tərlan Əhmədov: "Mübarizədən qaçası deyilik" - Video
Futbol, Video
06 Dekabr 2019 - 21:31
Supersport.Az Azərbaycan Premyer Liqasında XIV turunda "Qarabağ"dan xal qoparan "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovun fikirlərini videogörüntüyə alıb.


O, əvvəlcə görüş barədə danışıb:

"İtkilərə rəğmən, komandadan mübarizəli oyun gözləyirdim. Bu qədər gözəl oyuna inanmırdım. Üç əsas oyunçumuz yox idi. Nəticədən çox oyun və Xəzər Mahmudovun debüt matçında yaxşı mübarizəsi məni sevindirdi. Yolumuza davam edirik. Vacib xal qazandıq. Fasiləyə yaxşı əhval-ruhiyyədə getmək istəyirdik. Buna nail olduq. Futbolçular və azarkeşləri təbrik edirəm. Gözəl mübarizə apardıq".

- Bu rəqiblə kubok oyunları da olacaq. Bu xal sizə əlavə motivasiya verə bilərmi?

- Hələ bilmirəm. İki cəbhədə oynamaq üçün iki eyni heyət olmalıdır. Tito Frutosla Miyusko Boyoviç fevrala qədər bizə kömək edə bilməyəcək. Komandanı yığanda fikirləşirdik ki, mükafatçılar sırasında qərarlaşaq. Futbolçuları seçəndə bunu nəzərə alırdıq. Bir il ərzində komanda formalaşdırmaq çətindir. Bu xal motivasiya verir. Məni daha çox zədələr narahat edir. Yorğunluğa baxmayaraq, komanda köklənə bilir. Kubok matçına qədər vaxtımız var. Bu gün xal qazanmışıqsa, mübarizədən qaçası deyilik. Həmin matçlarda bacardığımız qədər yaxşı oyun göstərib, qələbə qazanmağa çalışacağıq.

Digər xəbərlər