Şenol Güneş: "Azərbaycanı və Türkiyəni təmsil edəcəyik" - Video

Şenol Güneş: "Azərbaycanı və Türkiyəni təmsil edəcəyik" - Video
Futbol, Video
04 Dekabr 2019 - 20:09
Supersport.Az Avro-2020-nin qrup oyunları haqda danışan Türkiyə millisinin baş məşqçisi Şenol Güneşin bəzi fikirlərinin videogörüntüsünü təqdim edir.


67 yaşlı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında qrupda uğurlu çıxış edəcəklərini bildirib:

"Uğurda hamının payı var. Klubları, oyunçuları, məşqçiləri ziyarət edib, fikirlərini öyrəndik. Asan görünsə də, 9 ay çalışdıq. Təhlillər etdik, bəzən gecələr yatmadıq. Uğurların kökündə səmimiyyət və xoş niyyət dayanır.

Son qatıldığımız turnirdə qarşılaşacağımız komandaları analiz etmiş olduq. Qrupda hamısından daha uğurlu çıxış edəcəyimizi düşünürəm. Almaniya, Fransa və Portuqaliyanın olduğu qrupda da yer alsaydıq, yenə eyni fikirdə olacaqdım. Biz öz oyunumuzu oynayacağıq. Rəqibləri tanımağa gəldikdə isə İtalia, İsveçrə və Uelsin heyətindəki futbolçuların ortalama yaşı 25-dir. Petkoviç və Mançinini tanıyırsınız. İtaliya ilə görüşdə uduzsaq belə, Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik. 6 xalla qrup səddini keçə bilərik. Məqsədimiz finalda oynamaqdır. Dünya Kuboku-2022-yə də qatılmalıyıq".

Türklərin baş məşqçisi, yorğun olduğu üçün AFFA prezidenti Rövnəq Abdullayevlə görüşə bilmədiyini söyləyib.

Türkiyə iyunun 12-də Romada İtaliya, növbəti iki görüşünü - iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrəylə Bakıda qarşılaşacaq.

 

 

Digər xəbərlər