Messi 6-cı dəfə "Qızıl top"u qazandı

Messi 6-cı dəfə "Qızıl top"u qazandı
Futbol
03 Dekabr 2019 - 18:46
"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının sahibi müəyyənləşib.



Ballon d'Or 2019 Messi'nin! Ronaldo'yu geçti!

 

Supersport.Az xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidir. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb. Bununla da o, "Qızıl top" sayında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.


"Qızı top"a əsas namizəd kimi Messidən başqa, Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deyk ("Liverpul", Niderland) də göstərilirdi.

"Qızıl top"a namizədlərin ilk 10-luğu belədir:

1. Lionel Messi (Argentina, “Barselona”)

2. Vircil van Diyk (Niderland, “Liverpul”)

3. Kristiano Ronaldo (Portuqaliya, “Yuventus”)

4. Sadio Mane (Seneqal, “Liverpul”)

5. Məhəmməd Salah (Misir, “Liverpul”)

6. Kilian Mbappe (Fransa, PSJ)

7. Alisson Bekker (Braziliya, “Liverpul”)

8. Robert Levandovski (Polşa, “Bayern”)

9. Bernardo Silva (Portuqaliya, “Mançester Siti”)

10. Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”)

Digər xəbərlər