Millimiz Monteneqro ilə qarşılaşacaq

Millimiz Monteneqro ilə qarşılaşacaq
Futbol
02 Dekabr 2019 - 15:18


16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Monteneqroda təlim-məşq toplanışına start verib.

 

Supersport.Az xəbər verir ki, hazırlıq prosesi ayın 6-dək çəkəcək.

 

Komanda bu müddətdə Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Sabah və dekabrın 5-də Podqoritsa şəhərində keçiriləcək görüşlər müvafiq olaraq yerli vaxtla saat 15:00-da və 13:00-da başlayacaq.

Digər xəbərlər