Şenol Günəş: "Azərbaycanda öz meydanımızda oynayacağıq" - Video

Şenol Günəş: "Azərbaycanda öz meydanımızda oynayacağıq" - Video
Futbol, Video
01 Dekabr 2019 - 01:09

Supersport.Az Euro-2020-nin final mərhələsində ev oyunlarından ikisini Bakıda keçirilməsi ilə bağlı futbol üzrə Türkiyə yığma komandasının baş məşqçisi Şenol Günəşin fikirlərinin videogörüntüsünü təqdim edir.

 


"Xeyirli olsun. Rəqiblərdən çox şəhərləri və səyahatı danışmışdıq. Biz Bakını istəyirdik. Azərbaycanda öz meydanımızda oynayacağıq. Buraya gəlmək önəmli idi, qürurvericidir. Seçmə mərhələdə 10 oyunda maksimum nəticə qazanan İtaliyanın ilk məğlubyyətini Türkiyədən alacağına ümid edirəm. Romadan sonra Bakıya getmək bir aza çətin olacaq. Oynayacağımız oyunla səs gətirmək, turnirə rəng qatmaq istəyirik. İnşAllah, qrupdan çıxaraq daha gözəl günlər görəcəyik".

 

Qeyd edək ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyulun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.

 

 

 

 

Digər xəbərlər