"Keşlə" yenidən 2-ci pillədə, "Qəbələ"dən 3-cü qələbə

"Keşlə" yenidən 2-ci pillədə, "Qəbələ"dən 3-cü qələbə
Futbol
30 Noyabr 2019 - 12:16
Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.

"Qəbələ" doğma meydanda "Zirə"ni 3 qolla məğlub edib.

"Keşlə" "Sumqayıt"ı qalib gəlib. Bu qələbəylə Tərlan Əhmədovun komandası "Neftçi"dən 1 oyun artıq keçirməklə ikinci pilləyə yüksəlib.

Turun digər oyunları 1-2 dekabr tarixlərində keçiriləcək.

30 noyabr (şənbə)

17:00. “Keşlə” – “Sumqayıt” - 2:1


Qollar: Miyusko Boyoviç, 16 (1:0), Lorenzo Frutos, 54 (2:0), Əmir Ağayev, 66 (2:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
“ASCO Arena”

15:00. “Qəbələ” – “Zirə”  - 3:0


Qollar: Rövlan Muradov, 12, Fernan Lopez, 41, Davit Volkov, 70

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

1 dekabr (bazar)

15:00. “Səbail” – “Neftçi”


Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“ASCO Arena”

2 dekabr (bazar ertəsi)

20:00. “Sabah” – “Qarabağ”


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Bank Respublika Arena”









  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Qarabağ1283121-527
2Keşlə1364316-1022
3Neftçi1263320-1121
4Sumqayıt1352617-1917
5Zirə1335514-2114
6Sabah1234514-1513
7Qəbələ1333713-2312
8Səbail123279-2011


 



Bombardirlər:

Lorenzo Frutos ("Keşlə") - 6 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Peyman Babayi ("Sumqayıt") - 5 qol
Stiven Monroz ("Neftçi") - 5 qol
Davit Volkov ("Qəbələ") - 5 qol

İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Maqaye Qeye ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Zirə") - 4 qol


Digər xəbərlər