Supersport.Az Avropa Liqasının 5-ci turunda “Sevilya”nın qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb. Mütəxəssis rəqibin güclü olduğunu bildirsə də, xal qoparmağın mümkünlüyünü söyləyib. Baş məşqçisi hesab edir ki, komandası düzgün, intizamlı, müdafiədə inamlı oynasa, istəyinə nail olacaq.
