Ermənistan futbolunda istefa: federasiya prezidenti getdi

Ermənistan futbolunda istefa: federasiya prezidenti getdi
Futbol
21 Noyabr 2019 - 20:46
Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanetsyan istefa verib.

Supersport.Az xəbər verir ki, o, yığma komandanın Avro-2020-nin seçmə mərhələsində İtaliyaya 1:9 hesablı məğlubiyyətinə görə vəzifəsindən getdiyini bildirib.

"Kimsə bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürməli idi. Mənimlə birgə İcraiyyə Komitəsi üzvləri istefa verdi".
Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, general-mayor olan Vanetsyan federasiyaya 2018-ci ilin sentyabrından rəhbərik edirdi.


Erməni qurumunun yeni prezidenti 23 dekabrda seçiləcək.


 

Digər xəbərlər