"İmarət Tayfa" Ağdamda - Şəkillər

"İmarət Tayfa" Ağdamda - Şəkillər
Futbol, Foto
18 Noyabr 2019 - 23:22
Azarkeşlər əsgərlərlə futbol oynadı

Supersport.Az 10 illik yubileyilə bağlı Ağdamda olan "İmarət Tayfa"dan maraqlı şəkillər təqdim edir.

"Qarabağ"ın uğurlarında böyük zəhmətlər çəkən fanat ordusu doğma məkanında da vətənpərvərliyini nümayiş etdirib. Dövlət himnini azarkeşlər əsgərlərlə ifa ediblər.

Ağdamda "İmarət Tayfa"nın rəhbərlərindən Vasif Qurbanzadə, Elnur Quliyev, Rafiq Tağızadəni, azarkeşləri Ağdam İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb. Rayon rəhbəri, azarkeşlərin böyük əməyini xüsusi qeyd edərək, onlara hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. "İmarət Tayfa"yla birgə "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov da olub.

Azarkeş ordusunu cəbhə bölgəsinə əsgərlərlə görüşə aparanda polis avtomobilləri müşayiət edib.

Hərbçilər qarşısında fanatlar "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz", "İmarət burda" və başqa şüarlar səsləndiriblər.

Azarkeşlər əsgərlərlə birgə futbol oynayıb, nahar ediblər. Hərbçilər fanatlarla, "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynovla şəkil çəkdiriblər.

Bundan sonra "İmarət Tayfa" 10 illiyiylə bağlı tədbir keçirib.

Yubileydə "Qarabağ şikəstəsi" oxunub, Ağdamlı, İmarətli günlər xatırlanıb, "Qarabağ" klubunun uğurları qabardılıb.



Digər xəbərlər