Nikola Yurçeviç: "Bütün dünya hakimin Azərbaycanın xalını oğurladığını gördü" - Video

Nikola Yurçeviç: "Bütün dünya hakimin Azərbaycanın xalını oğurladığını gördü" - Video
Futbol, Video
16 Noyabr 2019 - 00:53
Supersport.Az Avro-2020-nin seçmə mərhələsinin oyununda Uels yığmasını qəbul edəcək Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin fikirlərindən bəzi məqamları videogörüntüyə alıb.


Xorvat çalışdırıcı macarlarla qarşılaşmada niderlandlı referi yığmamızın təmiz qolunu saymadığını, xalını oğurladığını bütün dünyanın gördüyünü bildirib.

Millimizin həmin oyununda son dəqiqələrdə Bəhlul Mustafazadə bərabərlik qolunu vursa da, niderlandlı baş hakim Dennis Yohan Hiqler təmiz qolu saymayıb. Referi futbolçunun əliylə fərqləndiyinə işarə verib. Əslində isə Bəhlul qayda pozuntusu olmadan qol vurub. Millinin baş məşqçisi Nikola Yurçeviç, futbolçular hakimlərə etirazını bildirsələr də, bunun faydası olmayıb. Oyundan sonra niderlandlı referi səhvini etiraf edib.

Baş məşqçi qarşıdakı iki oyunda uğurlu nəticə qazanmağa ümid etdiyini qeyd edib.
"Beş gündür təlim-məşq toplanışındayıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Macarıstanla oyundan əvvəl olduğu kimi, yenə də zədə və başqa səbəblərdən bizə kömək edə bilməcək futbolçularımz var. Eddi İsrafilov komandaya qoşula bilmədi, Mahir Emreli və Rüfət Dadaşov isə zədəli olduğu üçün oyunda iştirak etməyəcək. Maksim Medvedevin də zədəsi var və meydana çıxmamaq ehtimalı az deyil.

Son oyunlarda rəqiblərimizə qarşı yaxşı mübarizə aparmışıq, ancaq qarşılaşmanın başa çatmasına təxminən 5 dəqiqə qalmış məğlub olmuşuq. Həmin oyunlarda bəxtimiz də gətirməyib. Uelslə oyundan əvvəl optimist olmalıyıq ki, qarşıdakı oyunlarda nəticələrimiz yaxşı olsun.

Əlbəttə, zədəli futbolçularımız mütəmadi olaraq əsas heyətdə meydana çıxanlardır və onları əvəz etmək asan deyil. Ümid edirik ki, həmin oyunçuların əvəzinə meydana çıxacaq futbolçular tapşırıqların öhdəsindən layiqincə gələcəklər.

Məni sabahkı oyunla bağlı ümidli edən son 4 oyunun analizləridir. Uelslə görüşün sonuna yaxın qol buraxdıq, məğlub olduq. Xorvatiya ilə matçdan xalla ayrıldıq. Bəhreyinlə isti hava şəraitində oynamağımıza baxmayaraq, qələbə qazandıq. Macarıstanla oyunun son 15-20 dəqiqəsində yaxşı çıxış etdik, hətta qol vurduq, amma hakim bunu qeydə almadı və 1 xalımızı "oğurladı".

Heyəti açıqlamamaqla hansısa sirri qorumuruq.  Sadəcə, bəzi futbolçular var ki, onların oynayıb-oynamayacağını son məşqdən sonra biləcəyik. Oyunöncəsi məşq isə mətbuat konfransından sonra başlayacaq".

Digər xəbərlər