"İmarət Tayfa" Ağdama yollanır: "Səfərə yox, Evə gedirik"

"İmarət Tayfa" Ağdama yollanır: "Səfərə yox, Evə gedirik"
Futbol
10 Noyabr 2019 - 13:52
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" klubunun uğurlarında böyük pay sahibi olan "İmarət Tayfa" fanklubu 10 illik yubileyiylə bağlı tədbir keçirəcək.

Bu məqsədlə azarkeş ordusu noyabrın 17-də Ağdama yollanacaq.

Fanatlar həmin gün Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından saat 06:30-da səfərə yox, evə gedəcək.      

Xatırladaq ki, noyabrın 17-də ölkəmizdə Milli Dirçəliş Gününün 31 illiyi qeyd olunacaq. 

Digər xəbərlər