"Qarabağ" tarixi oyunla bağlı: “İnanırıq!”

"Qarabağ" tarixi oyunla bağlı: “İnanırıq!”
Futbol
04 Noyabr 2019 - 16:11
"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprin APOEL klubunun qonağı olacaq.

 

Supersport.Az xəbər verir ki, qarşılaşma Ağdam klubu üçün əhəmiyyətlidir. Rəqibini 3 xal qabaqlayan Qurban Qurbanovun kollektivi Nikosiyadakı çətin oyunda uduzmamaqla üstünlüyünü qorumuş olacaq.

 

Klubun sosial şəbəkə hesabı futbolçuları motivasiya edəcək paylaşım edib. Ağdamlıların media xidməti matçın afişasını “İnanırıq!” başlığı ilə paylaşıb. Azarkeşlər dəstək rəyləri yazmaqla komandanın yanında olub.

 

APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda baş tutacaq.

Digər xəbərlər