Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Digər, Cüdo
03 Noyabr 2019 - 08:51
Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir.

Supersport.Az-ın məlumatına görə, yarışın ikinci günü Azərbaycan millisinin üzvü Rəşid Məmmədəliyev bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz bolqarıstanlı Rumen Radev, monteneqrolu Marko Quşiç, almaniyalı Şamil Zavbatırov və moldovalı Petru Pelivanı üstələyərək finalda rusiyalı Ayub Xajaliyevlə qarşılaşıb. Rəşid Məmmədəliyev güclü rəqibi üzərində təmiz qələbə qazanaraq karyerasında ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, ilk yarış günündə Nurlan Osmanov 66 kq çəkidə gümüş medala layiq görülüb. Avropa birinciliyinə bu gün yekun vurulacaq.

Digər xəbərlər