Ərdoğan: "Əsgər salamı verən idmançılardan qorxurlar"

Ərdoğan: "Əsgər salamı verən idmançılardan qorxurlar"
Digər
30 Oktyabr 2019 - 21:06
Supersport.Az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsgər salamı verən idmançılara dəstək verdiyini bəyan edib.

"Vətəndaşlarımıza qarşı hücum, haqsızlıq edən terrorçular məhv ediləcək. Türk idmançıların əsgər salamından qorxan zavallılar var. Çempion, qol vuran təmsilçilərimiz, ordumuz yoluna davam edəcək. Salam olsun, bütün Mehmetciklərə" deyən ölkə rəhbəri, əsgər salamı verib və çıxışı böyük alqışla qarşılanıb.

Qeyd edək ki, UEFA əsgər salamı verən bəzi türk futbolçularla bağlı qərar vermək niyyətindədir. Almaniya, Yunanıstanda bir neçə idmançı buna görə cəzalanıb.  

 

 

Digər xəbərlər