"Qarabağ"ın oyunu "xüsusi matçlar" siyahısında

"Qarabağ"ın oyunu "xüsusi matçlar" siyahısında
Futbol
29 Oktyabr 2019 - 13:23


Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ" Kiprdə "Apoel"in qonağı olacaq.

Supersport.Az xəbər verir ki, UEFA bu matçı vacib oyunlar kateqoriyasına daxil edib. Qurum "Qarabağ"ın Lüksemburqda "Düdelanj"la oyununda baş verən dron təxribatına görə bu addımı atıb.

"Apoel" - "Qarabağ" matçı noyabrın 7-i Nikosiyadakı GSP stadionunda keçirilib.

Digər xəbərlər