Roberto Bordindən qələbə şərhi

Roberto Bordindən qələbə şərhi
Futbol
27 Oktyabr 2019 - 20:44

Supersport.Az Azərbaycan Premyer Liqanın 9-cu turunda "Sumqayıt"a qalib gələn "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikirlərini açıqlayıb.


İtaliyalı mütəxəssis komandanın oyundan oyuna daha da artırdığını bildirib:





"Futbolçularımı gözəl oyun və qələbə münasibətilə təbrik edirəm. Qapımızda penalti görüb hesabda geri düşməyimizə baxmayaraq, komanda buna vaxtında və düzgün reaksiya verdi. Oyuna nəzarəti sonadək əlimizdə saxlayıb layiqli qələbə qazandıq.

Dörd oyundur qalib gəlirik. Bu, futbolçularımın çəkdiyi əziyyətin bəhrəsidir. Biz məşqçi heyəti olaraq kömək əlimizi uzadırıq, tapşırıqları yerinə yetirən isə futbolçulardır. Oyundan oyuna daha da artırırıq. Bu, göz önündədir".

Digər xəbərlər