Türk idmançı saxtakar ermənini dünyada rəzil edəcəyini dedi

Türk idmançı saxtakar ermənini dünyada rəzil edəcəyini dedi
Digər, MMA
09 Oktyabr 2019 - 00:59
Mənfur ermənilər hər zaman türklərə düşmən olub və çirkin əməllərini icra etməyə çalışıblar. Tülkü kimi bic olan bu millətin nümayəndələri daha bir rəzil addım atıblar. Çox keçmədən mənfur ermənilərin daha bir yalanı ifşa olunub.    

Məsələ burasındadır ki, bir neçə gün əvvəl Rusiyanın Samara şəhərində erməni MMA döyüşçüsü Rafael Abrahamyanın rinqdə türkiyəli üçqat dünya çempionu Batuhan Akdumanı öldürmək istədiyi haqda yayılan xəbərin yalan olduğu aşkarlanıb.

Supersport.Az-ın məlumatına görə, bu haqda açıqlama verən Akduman Abrahamyanın fırıldağını üzə çıxardığını bildirərək, onu dünyada rüsvay edəcəyiylə hədələyib:



"Mediada yayılan məlumatlar yalandır. Bu, məni şok etdi. Məsələdən xəbər tutan kimi dərhal Rusiya Full Kontakt Döyüş Növləri Federasiyasının prezidenti Sergey Yermakovla və onun vasitəsiylə Rafaellə danışdım. Döyülən döyüşçünün məşqçisiylə də söhbətim oldu, idmançının pasportunu istədim. 8 saat sonra sənədinin surətini göndərdilər. Bu idmançının Türkmənistandan olduğu müəyyənləşdi.

Mənim adımı, karyeramı istifadə edərək 20 yaşlı türkmən bir döyüşçünü Rafaellə qarşılaşdırıblar. Rafaellə danışanda onun çox böyük tərbiyəsizlik etdiyini bildirdim və iki ay müddətində mənimlə döyüşə çıxmayacağı təqdirdə, onu dünyada rəzil edəcəyimi dedim. 65 kq-da döyüşür, mən isə 71-də. Ona dedim ki, sənin çəkinə düşüb vuruşacağam. Rafaelə dedim ki, "Ermənistana gəlib səninlə döyüşəcəm". O, Rusiyanın Samara şəhərində iki ay müddətində qarşılaşa biləcəyinə söz verdi. 

Üçqat dünya çempionu, bir dəfə dünya ikincisi və üç dəfə dünya üçüncüsü olmuşam.

Mən beyin qanaması keçirən rəqibimi Antalyada şəxsi avtomobilimlə xəstəxanaya aparıb, bir gün mühafizə edən idmançıyam. Hər kəs bunu bilsin ki, erməni idmançını ilk raundda nokaut edəcəyəm. Onun boyu 1.70, mənimki 1.75-dir. Güləşlə məşğul olub. Ancaq yumruq və ayaq zərbəsi zəifdir. Sadəcə rəqibini qaldırıb yerə vurur.

Sosial şəbəkədə video yayıldıqdan sonra ünvanıma həyatımda eşitmədiyim söyüşlər deyildi. Anamla əlaqə saxlayıb "Başın sağ olsun" deyənlər belə oldu. İdmanda hər nəticə ola bilər: qələbə, məğlubiyyət də. Mühüm olan idmançının ağıllı, çevik və əxlaqlı olmasıdır. Rafael həqiqətən tərbiyəsizlik etdi. Onu dünyada rəzil, məhv edəcəyəm". 

Erməni idmançı bu videogörüntüylə saxtakarlıq edib:

Digər xəbərlər