"Neftçi"dən dünya reytinqində irəli addım

"Neftçi"dən dünya reytinqində irəli addım
Futbol
08 Oktyabr 2019 - 11:39
Dünyanın 1000 klubunun olduğu reytinqdə klublarımız irəliləyib.

Supersport.Az "clubworldranking"ə istinadən məlumat verir ki, "Qarabağ" 25, "Neftçi" 4 pillə qalxıb.

Dünya reytinqinin 41 həftəlik siyahısında Ağdam klubu 1302 xalla 544-cü yerdədir. Azərbaycanın yeddiqat çempionunun baş məşqçisi Qurban Qurbanov (1302 xal) 32 pillə yüksəlməklə 497-cidir.

"Neftçi" (818 xal) 679-cu yerdən 675-ə yüksəlib. Klubun italiyalı baş məşqçisi Roberto Bordin (818 xal) isə 5 pillə geriləyərək 681-cidir.   

Dünya reytinqində "Barselona" (15592 xal) liderdir. "Liverpul" 13174 xalla 4-cü pillədən 2-yə qalxıb. "River Pleyt" (12951 xal) üçüncüdür.

Digər xəbərlər