Ronaldo formada qalmasının sirrini açıqladı

Ronaldo formada qalmasının sirrini açıqladı
Futbol
06 Oktyabr 2019 - 11:43
Supersport.Az-ın məlumatına görə, dünyanın ən yaxşı futbolçularından olan 34 yaşlı Kriştiano Ronaldo ideal formada olmasının sirrini bildirib.

"Yuventus"un portuqaliyalı oyunçusu 5 məqama xüsusi diqqət yetirdiyini söyləyib:

"İlk olaraq çox çalışmaq lazımdır. Dünya sizin idman salonudur, hər yerdə məşq etməlisiniz. Spirtli içki qəbul etməyin. Qidalardan daha çox faydalı olanını qəbul edin, şəkər, duzdan az uzaq durmağa çalışın. İstirahət vaxtı yatmağa üstünlük verin".

Ronaldo gündə 6 dəfə yemək qəbul edir, protein ve karbonhidrat tərkibli qidalara üstünlük verir, portağal, ananas şirəsi içir, şəkərli qidalardan az qəbul etməyə çalışır, 8 saat yatır.

 

Digər xəbərlər