Ramil Şeydayevin baş məşqçisi qovuldu

Ramil Şeydayevin baş məşqçisi qovuldu
Futbol
05 Oktyabr 2019 - 21:22
Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Dinamo" klubu baş məşqçisi Dmitri Xoxlovla vidalaşıb.

Supersport.Az xəbər verir ki, bu barədə Moskva klubun rəsmi saytı məlumat yayıb.
Qərar bu gün "Dinamo"nun Rusiya Premyer Liqasının 12-ci turunda səfərdə "Orenburq"a məğlubiyyətindən (0:2) sonra klub rəhbərliyi tərəfindən verilib. Baş məşqçinin istefası qəbul olunub. Yaxın vaxtlarda komandaya yeni baş məşqçi təyin ediləcəyi bildirilib.

Qeyd edək ki, uğursuz mövsüm keçirən "Dinamo" hazırda 10 xalla 15-ci pillədə qərarlaşıb.

Digər xəbərlər