"Apoel" - "Qəbələ" oyununda 2 qol

"Apoel" - "Qəbələ" oyununda 2 qol
Futbol
02 Oktyabr 2019 - 19:56
"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Supersport.Az xəbər verir ki, Çempionlar Liqasında çıxış edən Qəbələ klubu I mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşıb. Nikosiyanın "Makarion" stadionunda keçirilən görüş qollu bərabərliklə başa çatıb.

"Qəbələ" artıq tarixində 3-cü dəfədir UEFA Gənclər Liqasında qüvvəsini sınayır. "Qırmızı-qaralar" 2016/2017 və 2018/2019 mövsümlərində bu turnirdə iştirak edib.

2 oktyabr
UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

18:00. "Apoel" (Kipr) – "Qəbələ" (Azərbaycan) 1-1


Qollar: Qavriel 48 - Satsias 9-öz qapısına

Baş hakim: Furkat Atacanov (Qazaxıstan)
Nikosiya. "Makarion" stadionu

Digər xəbərlər