Fariz Məmmədov WBC-in konqresinə dəvət olundu

Fariz Məmmədov WBC-in konqresinə dəvət olundu
Digər, Boks
01 Oktyabr 2019 - 00:31
Oktyabrın 20-də Ümumdünya Boks Şurasının (WBC) 57-ci Konqresi start götürəcək.

Supersport.Az-ın məlumatına görə, Meksikanın Kankun şəhərində bir həftə davam edəcək tədbirin iştirakçıları arasında "Qəbələ" idman klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov da olacaq.

Azərbaycanın peşəkar boks üzrə ilk dünya çempionu oktyabrın 26-dək keçiriləcək konqresə dəvət alıb.

Xatırladaq ki, F.Məmmədov ötən il Ukraynanın paytaxtı Kiyevdə keçirilən 56-cı Konqresdə də iştirak edib. Həmin vaxt tədbirə 160 ölkədən 700-dən artıq qonaq, o cümlədən Lennoks Lyuis, Evander Holifild, Oskar de la Xoyya, Xulio Sezar Çaves kimi dünya boksunun əfsanələri qatılıb.

Digər xəbərlər