Zidan: "Uduzanda məni çıxarırlar, udanda qalıram"

Zidan: "Uduzanda məni çıxarırlar, udanda qalıram"
Futbol
25 Sentyabr 2019 - 00:53

Supersport.Az-ın məlumatına görə, İspaniya çempionatının 5-ci turunda "Sevilya"nı bir qolla məğlub edən "Real"ın baş məşqçisi Zinedin Zidan fikirlərini bildirib.


"Özümü xoşbəxt hesab edirəm. Komandamız 90 dəqiqə yüksək səviyyədə oyun nümayiş etdirdi. Bu, hamımızın qələbəsidir. Taktiki baxımdan keyfiyyətli matç keçirdik, xarakter hiss olundu. Futbolçular sona kimi döyüşdülər, qələbəyə layiq olduqlarını göstərdilər. Müdafiədə etibarlı oyun qalib gəlməyimizdə mühüm rol oynadı".

Mütəxəssis istefa msələsiylə bağlı yayılan xəbərlərə münasibətini açıqlayıb:

"Bu haqda düşünmürəm. Uduzanda məni çıxarırlar, udanda qalıram. Biz yalnız oyunlarımızı düşünməliyik, məni bu, maraqlandırır. İndi çalışmalıyıq ki, maksimum xal toplayaq".

Digər xəbərlər