"Beşiktaş"ın prezidentindən istefa qərarı

"Beşiktaş"ın prezidentindən istefa qərarı
Futbol
24 Sentyabr 2019 - 14:32
"Beşiktaş"ın prezidenti Fikrət Orman istefa verib.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bunu keçirdiyi mətbuat konfransında o özü açıqlayıb.
Bildirib ki, 2012-ci ildən başçılıq etdiyi "Beşiktaş"dakı fəaliyyətini başa vurur. "Beşiktaş"da qan dəyişiklyinə ehtiyac var. Artıq prezidentliyə namizəd olmayacağam" – deyə F.Orman bildirib.

Qeyd edək ki, istefa ilə bağlı sabah klubun İdarə Heyətinin növbədənkənar iclası keçiriləcək. İstefa qərarının həmin iclasda təsdiqkənəcəyi gözlənilir.

Digər xəbərlər