Stadnik ikinci dəfə dünya çempionu oldu

Stadnik ikinci dəfə dünya çempionu oldu
Digər, Güləş
18 Sentyabr 2019 - 16:30
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Supersport.Az xəbər verir ki, bu gün qadın güləşçimiz Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

İdmançımızın rəqibi rumıniyalı Emilia Alina Vuç olub. Görüş Mariyanın inamlı qələbəsi ilə başa çatıb - 13:0. Bununla da güləşçimiz ikinci dəfə dünya çempionu adını qazanıb. O, ilk dəfə 2009-cu ildə mundialın qalibi olub.

Qeyd edək ki, Mariya Stadnik təsnifat mərhələsində Miessiney Mersi Genesisi (Nigeriya) 10:0, 1/8 finalda Sima Simanı (İndoneziya) 9:2, 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, 1/2 finalda isə Yanan Sunu (Çin) 6:4 hesabı ilə üstələyib.

Digər xəbərlər