"Sevilya"nın baş məşqçisi: "Qarabağ"la çox çətin oyun olacaq"

"Sevilya"nın baş məşqçisi: "Qarabağ"la çox çətin oyun olacaq"
Futbol
16 Sentyabr 2019 - 02:36
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi fikirlərini bildirib. 

"Alaves"i səfərdə məğlub edərək liderliyə yüksələn komandanın çalışdırıcısı çətin qələbə qazandıqlarını söyləyib: 

"Bu stadionda güclü rəqibə qalib gəlmək çox ağır oldu. La Liqanın hər oyunu çətin olur. Hər iki hissə gərginliyilə yadda qaldı. Üç xal qazanmaq üçün çox əziyyət çəkdik. Biz yüksək templə oynamaq istəyirik ki, bu da fiziki güc, böyük zəhmət tələb edir. Komandamız çox yaxşı oyun nümayiş etdirdi. Ancaq rəqibin boşluqalrından lazımınca istifadə edə bilmədik".  

Mütəxəssis hesab edir ki, Avroliqanın ilk turunda Bakıda komandasını çox çətin oyun gözləyir:

"Lider olmaqla iş bitmir və bu komandanın hər şeyi yaxşı, düzgün etdiyini göstərmir. Biz daha çox çalışmalı, inkişaf etməliyik. "Sevilya"nı Bakıda "Qarabağ"la çox çətin oyun gözləyir. Qrupun ilk matçı olacaq. İndi çox həyəcanlıyıq". 

Baş məşqçi, komandada debüt edən "Çiçarito"nun möhkəmlənməsi üçün çox çalışmasının mühüm olduğunu vurğulayıb.

Qeyd edək ki, Avroliqanın qrupunda sentyabrın 19-da Bakıda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu saat 20:55-də başlayacaq.

Digər xəbərlər