"Qarabağ" - "Neftçi": biletlər oyun günü satışa çıxarılacaq

"Qarabağ" - "Neftçi": biletlər oyun günü satışa çıxarılacaq
Futbol
14 Sentyabr 2019 - 16:13


Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Supersport.Az Ağdam klubuna istinadən xəbər verir ki, qiyməti 1 manat təşkil edən biletləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək olar.

Hazırda stadionun kassalarında UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam təmsilçisinin İspaniya "Sevilya"sı ilə görüşünün bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Qarabağ" – "Neftçi" oyunu saat 20:30-da başlayacaq.


Digər xəbərlər