"Zirə"dən ikinci, "Qəbələ"dən ilk qələbə

"Zirə"dən ikinci, "Qəbələ"dən ilk qələbə
Futbol
14 Sentyabr 2019 - 21:58
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tur başlayıb.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Turun açılış matçında "Sumqayıt" "Zirə"ni qəbul edib. Paytaxt klubu qalib gəlib.

Günün digər oyununda "Qəbələ" "Sabah"ın qonağı olub. Qəbələ komandası mövsümdə ilk qələbəsini qazanıb.

Turun daha iki qarşılaşması isə sabah keçirilləcək.

14 sentyabr (şənbə)

18:00. "Sumqayıt" – "Zirə" 1-2


Qollar: Tellur Mütəllimov 16-öz qapısına - Xulio Sezar Rodrigez 5, Şafik Tiqrudja 88

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev

20:00. "Sabah" – "Qəbələ" 0-1


Qol: Roman Hüseynov 47

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov

15 sentyabr (bazar)

18:00. "Keşlə" – "Səbail"


Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
8-ci km stadionu

20:30. "Qarabağ" – "Neftçi"


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
















 









                   Premyer Liqa





























































































NKlublarOQHMT-FX
1Qarabağ33008-09
2Zirə42114-37
3Keşlə32015-16
4Səbail32014-46
5Neftçi31113-34
6Sumqayıt41034-73
7Qəbələ41031-93
8Sabah40222-42


 



Bombardirlər:

İsmayıl İbrahimli ("Qarabağ") - 3 qol
Mehdi Şərifi ("Sumqayıt") - 3 qol
Ağabala Ramazanov ("Səbail") - 2 qol
Lorenzo Frutos ("Keşlə") - 2 qol

 




Digər xəbərlər