"Qarabağ" - "Sevilya" oyununa böyük maraq

"Qarabağ" - "Sevilya" oyununa böyük maraq
Futbol
14 Sentyabr 2019 - 00:23
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyununa azarkeşlər böyük maraq göstərir.

Ağdam klubunun mətbuat xidmətindən saytımıza verilən xəbərə əsasən, artıq ilk gün 10 min bilet satılıb.

Qiymətlər sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Xatırladaq ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Bakının Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Digər xəbərlər