"Qarabağ" - "Sevilya": biletlər satışda

"Qarabağ" - "Sevilya": biletlər satışda
Futbol
13 Sentyabr 2019 - 19:03
Supersport.Az-ın xəbərinə görə, Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"ın "Sevilya" ilə ev oyunu üçün biletlər bu gündən satışa çıxarılıb.

Bu barədə klubun məlumat yayıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçı saat 20:55-də başlayacaq.

 

Digər xəbərlər