"Trabzonspor"un skautları Bakıda "Qarabağ"ın hücumçusunu bəyəndi

"Trabzonspor"un skautları Bakıda "Qarabağ"ın hücumçusunu bəyəndi
Futbol
11 Sentyabr 2019 - 17:12
Avro-2020-nin seçmə mərhələsində Azərbaycan futbolçularının Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi oyunu Türkiyənin "Trabzonspor" klubunun skautları da izləyiblər.

Supersport.Az-ın məlumatına görə, Trabzon təmsilçisinin nümayəndələri millimizin və "Qarabağ"ın hücumçusu Mahir Emrelini bəyəniblər.

Bildirilir ki, "Trabzonspor"un skautları gələcəyi düşünərək baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtarırlar.

Sol ayağını daha çox istifadə edən 22 yaşlı futbolçu bu mövsüm 11 oyunda 3 qol vurub, 4 effektli ötürmə verib. Mahirin "Qarabağ"la müqaviləsi sezon sonunda başa çatacaq.

Digər xəbərlər