"Sevilya"nın baş məşqçisindən "Qarabağ" açıqlaması

"Sevilya"nın baş məşqçisindən "Qarabağ" açıqlaması
Futbol
10 Sentyabr 2019 - 14:52
"Avropa Liqası "Sevilya" üçün mühüm əhəmiyyət daşıyır. Komandamızın bu yarışdakı inanılmaz uğurlarından çoxunun xəbəri var".

Supersport.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya"nın baş məşqçisi Xuan Lopetegi İspaniya mətbuatına açıqlamasında belə deyib.
 Mütəxəssis hesab edir ki, komandası həm daxili, həm də Avropa kubokunda hədəflərinə çatmaq üçün səylə çalışmalıdır:


"İndi biz "Alaves", daha sonra isə "Qarabağ"la matça köklənməliyik. Biz "Sevilya"nın yaxın tarixdə Avroliqadakı uğurlarını unutmamışıq".

Xatırladaq ki, UEFA kuboku/Avropa Liqasının rekord sayda qalibi olan (5 dəfə) "Sevilya" ilə "Qarabağ" arasında Avroliqanın qrup mərhələsinin ilk turunun oyunu sentyabrın 19-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər xəbərlər