Ramil Quliyevlə Nazim Babayev ABŞ-a qarşı - qalibə 7 min avro mükafat

Ramil Quliyevlə Nazim Babayev ABŞ-a qarşı - qalibə 7 min avro mükafat
Digər
09 Sentyabr 2019 - 16:07
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Türkiyəni təmsil edən həmvətənimiz Ramil Quliyevlə millimizin aparıcı atleti Nazim Babayev Avropa seçmə komandasının heyətində ABŞ-a qarşı mübarizə aparacaq.

Belarus paytaxtı Minskdə bu gün başlayacaq yarışda türklərdən Necati Er də qitə yığmasında yer alacaq.

Qarşılaşmada məqsəd atletikaya marağı daha da artırmaqdır.

Bu il Avropa Oyunlarının keçirildiyi "Dinamo" stadionunda Avropa və ABŞ-ın komandalarında hər növdə 4 idmançı olacaq. Ümumilikdə 19 növdə mücadilə aparılacaq.

Avropa - ABŞ mübarizəsində birincilərə 7 min, səkkizincilərin hər birinə isə 500 avro mükafat veriləcək.

Dünya, Avropa çempionu Ramil Quliyev 200 metr məsafəyə qaçışda, qitənin 23 yaşlılarında çempion Necati Er ise üçtəkanla tullanmada Avropa formasıyla yarışacaq.

Mübarizənin tanıtım elçisi olan Ramil Quliyevlə 200 metrə mücadilədə qitəni Riçard Kilti (Böyük Britaniya), Markus Lavler (İrlandiya) ve Eseosa Desalu (İtaliya) təmsil edəcək.

Qış Avropa çempionatının, Yay Universiadasının ikiqat qalibi Nazım Babayev üçtəkanla tullanma yarışında Necati Er (Türkiyə), Benjamin Uilyams (Britaniya) və Jan-Mark Pontviann (Fransa) ilə Avropa forması geyəcək.

 

 

Digər xəbərlər