"Mançester Siti" tarixə düşdü - 1 milyardı keçdi

"Mançester Siti" tarixə düşdü - 1 milyardı keçdi
Futbol
09 Sentyabr 2019 - 15:28
Supersport.Az-ın məlumatına görə, Avropanın beş güclü liqasında heyətini formalaşdırmaq üçün ən çox vəsait xərcləyən klublar müəyyənləşib.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) araşdırmasına əsasən, İngiltərə "Mançester Siti"si 1.014 milyar avro ilə 1 milyardı keçən ilk komanda olub.

Sonrakı yerləri PSJ (913 milyon), "Real Madrid" (902 milyon), "Mançester Yunayted" (751 milyon) və "Yuventus" (719 milyon) tutur.

Çempionlar Liqasının son qalibi "Liverpul" 639 milyon avroyla 7-cidir.

 

Digər xəbərlər