Yurçeviç məğlub komandayla fəxr edir

Yurçeviç məğlub komandayla fəxr edir
Futbol
07 Sentyabr 2019 - 11:18
Supersport.Az-ın məlumatına görə, Avro-2020-nin seçmə mərhələsində Uelsə məğlub olan Azərbaycan yığmasının baş məşqçisi
Nikola Yurçeviç fikirlərini bildirib.

"Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Hər iki komanda oyuna yaxşı hazırlaşmışdı və intensiv oyun izlədik. Komanda olaraq düzgün oynadıq, sona qədər mübarizə apardıq. Təəssüf ki, bəxtsiz qollar buraxdıq. Halbuki 1 xal qazanmağa layiq idik.Futbolçularımın çıxışından razı qaldım və onlarla qürur duyuram.
Bizi qarşıda daha çətin rəqiblə oyun gözləyir. Xorvatiya millisi səfərdə Slovakiyanı 4:0 hesabı ilə məğlub edib. Uşaqlarla danışdıq, bilirəm ki, hamı məyusdu. Ancaq toparlanmalıyıq".

Digər xəbərlər