"Qarabağ" Beqoviçlə müqavilə imzaladı

"Qarabağ" Beqoviçlə müqavilə imzaladı
Futbol
06 Sentyabr 2019 - 20:19
"Qarabağ"ın yeni transferi Asmir Beqoviç bu gün səhər saatlarında Bakıya gəlib.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, bosniyalı qapıçı tibbi müayinədən keçdikdən sonra klubun bazasında rəsmi müqaviləyə imza atıb.


Ağdam klubu 32 yaşlı qolkiperi İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut"dan ilin sonuna qədər icarəyə götürüb.

Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.

Digər xəbərlər