"Sevilya"nın məqsədi Avroliqanın 6-cı dəfə qalibi olmaqdır"

"Sevilya"nın məqsədi Avroliqanın 6-cı dəfə qalibi olmaqdır"
Futbol
06 Sentyabr 2019 - 20:56
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasında "Qarabağ"la eyni qrupda olan "Sevilya"nın baş məşqçisi Xulen Lopoteqi iddialı açıqlama verib.

53 yaşlı ispan mütəxəssis komandasının 6-cı dəfə Avroliqanın qalib olmaq istədiyini bildirib.

"Mən normal, tanış insan olmaq istəyirəm. Pis zarafat etmirəm. "Sevilya" iddialıdır: məqsəd daha yaxşı komanda formalaşdırmaq və 6-cı dəfə Avropa Liqasının qalib olmaqdır. Hər zaman qələbə qazanmaq istəyirik. Ümumiyyətlə, bütün yarışlarda ən güclü olmağa çalışacağıq. Bu komandada olduğum üçün özümü xoşbəxt hesab edirəm. Klubun möhtəşəm tarixi, əla stadionu və azarkeşləri var. Fanatlar komandaya böyük güc verir".

Xatırladaq ki, "Sevilya" "A" qrupunda ilk oyununu sentyabrın 19-da Bakıda "Qarabağ"a qarşı keçirəcək.

 

Digər xəbərlər