Nikola Yurçeviç: "Kompakt, aqressiv oynamalıyıq"

Nikola Yurçeviç: "Kompakt, aqressiv oynamalıyıq"
Futbol
06 Sentyabr 2019 - 00:38

Supersport.Az-ın məlumatına görə, Avro-2020-nin seçmə qrup mərhələsi çərçivəsində bu gün saat 22:45-də, Kardiff şəhər stadionunda keçiriləcək Uels - Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Nikola Yurçeviç açıqlama verib.


Xorvat çalışdırıcı bildirib ki, yığmamıza inanır:

"Oyuna hazırlaşmaq üçün vaxtımız az oldu. Buna baxmayaraq, keyfiyyətli məşqlər keçdik, təhlillər apardıq. Uels güclü rəqibdir. Futbolçularının əksəriyyəti İngiltərə Premyer Liqasında və Çempionşipdə çıxış edir. Heyətində Qaret Beyl kimi ulduz futbolçu var. Razıyam, rəqib favoritdir, amma bizim də gözləntilərimiz var, şansımızın olduğuna inanırıq. Xorvatiya millisinə qarşı oyunu nümunə göstərə bilərəm. Uğurlu oyun modeli idi. Uelsə qarşı da kompakt oynamalı, meydanda aqressiv olmalı, əks-hücumlardan yararlanmalıyıq. Təəssüf ki, zədəli futbolçularımız var. Eddi İsrafilov, Bədavi Hüseynov, Rahil Məmmədov bu görüşdə bizə kömək edə bilməyəcəklər".

Digər xəbərlər