"Apoel"də 2 itki

"Apoel"də 2 itki
Futbol
03 Sentyabr 2019 - 17:14
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup turnirində "Qarabağ"ın rəqiblərindən olan "Apoel"in iki futbolçusu zədəlidir.

Braziliyalı yarımmüdafiəçi Alef dos Santos Saldanya mədəsindən şikayətçidir. 24 yaşlı futbolçu 5 günlük tətili Parisdə keçirib. Gələn həftə onun səhhətində problemin aradan qalxacağı gözlənilir.

"Apoel"in 29 yaşlı mərkəz müdafiəçisi Vuyadin Saviç Belqradda fizioterapevtlərin nəzarətindədir. O, xüsusi proqramla bərpa keçir. Serb futbolçunun sentyabrın 10-da Kiprə qayıdacağı bildirilir. Beş gündür Almaniyda cərrahiyyə əməliyyatı olunan futbolçunun 4 həftəyə meydana dönəcəyi gözlənilir.

 

Digər xəbərlər