Asmir Beqoviç "Qarabağ"da

Asmir Beqoviç "Qarabağ"da
Futbol
02 Sentyabr 2019 - 20:15
"Qarabağ" transfer pəncərəsinin son günündə növbəti transferini reallaşdırıb.

Supersport.Az-ın klubun saytına istinaqdən yaydığı xəbərə görə, Ağdam təmsilçisi İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"dan bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi cari ilin sonuna qədər icarəyə götürüb.
32 yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin "Portsmut" klubunda başlayıb. 2017-ci ildən "Bornmut"da oynayan qapıçı "İpsviç", "Stok Siti", "Çelsi" kimi klublarda çıxış edib. Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersqovina millisində 61 oyun keçirib.

Digər xəbərlər