"Qarabağ" tanınmış qolkiperlə razılaşdı - 750 min avro veriləcək

"Qarabağ" tanınmış qolkiperlə razılaşdı - 750 min avro veriləcək
Futbol
02 Sentyabr 2019 - 18:07
Avropada transfer pəncərəsinin bağlanmasının son günü "Qarabağ" İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"un qolkiperi Asmir Beqoviçlə razılıq əldə edib.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan klubu təcrübəli qapıçını 4 ay müddətində icarəyə götürüb və o, ümumilikdə 750 min avro alacaq.

32 yaşlı qolkiperin axşam saatlarında Bakıya gələcəyi və rəsmi müqaviləyə qol çəkəcəyi bildirilir.

Beqoviç iki il əvvəl 10 milyon funt-sterlinq hesabına "Çelsi"dən "Bornmut"a keçib. O, son klubunda 62 oyun keçirib.

Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda "Çelsi", "Stok Siti", "Portsmut", "Yovil Taun", "İpsviç Taun", həmçinin Belçikada "La Luvyer" komandalarında da oynayıb.

 

Digər xəbərlər