"Sevilya"dan 12-ci transfer - "Çiçarito"

"Sevilya"dan 12-ci transfer - "Çiçarito"
Futbol
01 Sentyabr 2019 - 01:14
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Sevilya" bu mövsüm 12-ci futbolçunu heyətinə cəlb edəcək.

Əndəlüs klubu "Vest Hem"lə "Çiçarito"nun keçidi məsələsində  razılığa gəlib. "Sevilya"nın buna görə 8 milyon avroya xərc çəkəcəyi bildirilir. 31 yaşlı Meksika yığmasının hücumçusuyla 3 il müqavilə imzalanacağı gözlənilir.

Xavyer Hernandes bu gün İspaniyaya gələcək.

Xatırladaq ki, Avropa Liqasının qrup turnirinin ilk turunda sentyabrın 19-u Bakıda "Qarabağ" "Sevilya"nı qəbul edəcək.  

 

 

Digər xəbərlər