"Qarabağ"la oyun ərəfəsində "Sevilya"da xal itkisi - Video

"Qarabağ"la oyun ərəfəsində "Sevilya"da xal itkisi - Video
Futbol, Video
31 Avqust 2019 - 00:08
Supersport.Az-ın məlumatına görə, İspaniya çempionatının üçüncü turunda "Sevilya" "Selta" ilə oyunda xal itirib.

Meydan sahiblərinin futbolçusu Franko Vaskes ikinci hissədə hesabı açsa da, üç dəqiqə sonra Denis Suares bərabərlik qolunu vurub. Oyunun əsas vaxtına 9 dəqiqə əlavə olunması da "Sevilya"nın xal itirməsinə kömək etməyib.

"Sevilya" - "Selta" 1-1

Qollar: Franko Vaskes 80 - Denis Suares 84

İlk iki turdan qələbə ilə ayrılan "Sevilya" hazırda 7 xalla zirvədə qərarlaşıb. "Atletiko" bir oyun az keçirməklə 6 xalla ikincidir.


"Sevilya" ilə "Qarabağ" arasındakı ilk oyun sentyabrın 19-da Bakıda baş tutacaq və saat 20:55-də başlayacaq. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 28-də İspaniyada keçiriləcək və saat 23:00-da start götürəcək.


Digər xəbərlər