Qurban Qurbanov: "Rəqibləri daha yaxşı təhlil etməliyik"

Qurban Qurbanov: "Rəqibləri daha yaxşı təhlil etməliyik"
Futbol
30 Avqust 2019 - 19:25
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrupunun püşkünü dəyərləndirib.

"Apoel" tanış rəqibdir, gücləri bəllidir. "Düdelanj"la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. "Sevilya" isə hamıya bəllidir, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq" - deyə, mütəxəssis klubun saytına bildirib.

Digər xəbərlər