Rəşad Sadıqov: "Qrupu keçmək üçün əlimizdən gələni edəcəyik"

Rəşad Sadıqov: "Qrupu keçmək üçün əlimizdən gələni edəcəyik"
Futbol
30 Avqust 2019 - 16:13
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avroliqanın qrup mərhələsinin püşkünə münasibətini açıqlayıb.

"Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun" - deyə, təcrübəli futbolçu bildirib.

Digər xəbərlər