Tanınmış jurnalist Fuad Abbasov "Qarabağ"la "Füzuli"yə dəstək verdi - Şəkil

Tanınmış jurnalist Fuad Abbasov "Qarabağ"la "Füzuli"yə dəstək verdi - Şəkil
Futbol, Foto
28 Avqust 2019 - 12:25
Supersport.Az-ın məlumatına görə, tanınmış jurnalist Fuad Abbasov "Qarabağ", "Füzuli" klubları haqda müsbət fikirlər bildirib.

O, Çeçenistanda beynəlxalq turnirdə iştirak edəcək Füzuli təmsilçisinin üzvləriylə görüşüb.

Tanınmış jurnalist, ilk olaraq "Qarabağ"ın Avropa yarışlarında uğurlarını qabardıb, bu zəfərlərin Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını vurğulayıb.

F.Abbasov, "Füzuli" Futbol Klubunun fəaliyyətini də yüksək qiymətləndirib, komandaya həm mənəvi, həm də maddi dəstək verilməsinin vacibliyini qeyd edib.

Jurnalist, bildirib ki, Çeçenistanda da yarış zamanı mənfur ermənilər təxribat törədə bilər və buna görə diqqətli olmağı məsləhət bilib.

Füzuli təmsilçisinin baş məşqçisi Vasif İsmayılov komandasının iki ildir fəaliyyət göstərdiyini Region Liqası və futbol festivalında üçüncü olduğu haqda məlumat verib.

Çalışdırıcı, Azərbaycanı Çeçenistanda təşkil olunacaq beynəlxalq yarışda layiqincə təmsil etməyə çalışacaqlarını, turnirdə erməni komandasıyla qarşılaşıb qalib gəlməyi arzulayıb.

Görüşün sonunda "Füzuli" klubu jurnalistə forma hədiyyə edib.



 

 

 

Digər xəbərlər