Yurgen Klopdan ayrılıq açıqlaması

Yurgen Klopdan ayrılıq açıqlaması
Futbol
27 Avqust 2019 - 21:06
Supersport.Az-ın məlumatına görə, "Liverpul"un baş məşqçisi Yurgen Klop komandasından ayrılacağı vaxtı bildirib.

Alman mütəxəssis klubla müqaviləsi başa çatandan sonra İngiltərə klubunu tərk edəcəyini söyləyib.

Klop 2022-ci ildə "Liverpul"dan getməyi düşünür.

Üç ildir klubu çalışdıran alman mütəxəssis, komandasını Çempionlar Liqasının və Superkubokun qalibi edib.

"Müqaviləm başa çatanda 1 il fasilə verəcəyəm. Bu müddətdə karyeramla bağlı qərar verəcəyəm. Enerjim hələ ki, çoxdur, bəzi şeyləri az edə bilmərəm" - deyə, Klop vurğulayıb.

 

Digər xəbərlər