"Qarabağ" - "Linfild": Mətbuat konfransı və son məşqlər

"Qarabağ" - "Linfild": Mətbuat konfransı və son məşqlər
Futbol
27 Avqust 2019 - 18:58

Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Linfild"qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.


Avqustun 28-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 17:45-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.





"Linfild"in baş məşqçisi isə saat 18:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Şimali İrlandiya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

Digər xəbərlər